Interposta.Info

Xaricə getmək istəyənlərin nəzərinə: 40 manat...

Paradoks
 24-08-2020, 17:25     2 609

Ay camaat, TƏBİB-in krışası altında olan tamahkarların ciblərini doldurmayın.

Xəbəriniz olsun ki, Bakıda 40 manata artıq üç yerdə test vermək olar və bu testin cavabları uçuş üçün etibarlıdır. Məndən xahiş etdilər ünvanları çatdırım nəzərinizə:

- 1 nömrəli Şəhər Poliklinikası (Səbail ray, Bül-bül pr 8, əlaqə: 012 493 19 87);

- 10 nömrəli Şəhər Poliklinikası (Binəqədi ray, Azadlıq pr 176, əlaqə: 012 561 65 06);

- 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır (Nizami ray, Nəsimi küç 11, əlaqə: 050 840 71 87).

Test pulunu Azərbaycan Beynalxalq Bankının istənilən filialında vermək olar. Və əlbəttə, aviabilet təqdim edilməlidir, yəni hər kəs gedib test verə bilməz.

Sərhədlər açılandan sonra avtomobillə xaricə gedənlər necə, axı onların aviabiletləri olmayacaq?

Bu suala əfsuslar ki, cavab ala bilmədim, dedilər hələ o günə gedib çıxaq, baxarıq.

Nə deyirəm, məndən çox o günü arzulayan yoxdur...
Azər Qəribov
Tanınmış jurnalist

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26