Interposta.Info

MN: Düşmənin 20-dən çox şəxsi heyəti, hərbi obyektləri darmadağın edildi (VİDEO)

Paradoks
 13-07-2020, 22:37     898

Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Bu barədə "İnterPosta"-ya Müdafiə Nazirliyindən bildirilib.

Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26