Interposta.Info

Prezident və Birinci vitse-prezident Gəncədə modul xəstəxananın açılışını etdi - FOTO

Paradoks
 24-06-2020, 18:09     644

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban bu gün Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma binada aparılan tikinti işləri barədə məlumat verilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüşüblər.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

***

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Dövlətimizin başçısına və Birinci vitse-prezidentə tikinti işlərinin gedişi barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və Birinci vitse-prezidentə müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Prezident İlham Əliyev zavodu işə salıb.

İnterPosta.info

















Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26