Interposta.Info

İcra başçısı əvvəllər mühəndis işlədiyi şirkətə 3.5 milyonluq tender verdi

Paradoks
 6-06-2020, 19:06     1 582

Şəki Şəhər Icra Hakimiyyətinə yeni inzibati bina tikintisi üçün müqavilə bağlanıb.

Tenderin məbləği 3 milyon 625 min manat, qalibi isə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-dir.

Xatırladaq ki, Şəki Şəhər Icra Hakimiyyətinin başçısı Elxan Usubovun əvvəllər «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-də baş mühəndis vəzifəsində çalışdığı deyilir.

E. Usubov 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib./qlobal.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26