Interposta.Info

Hadı Rəcəblinin mülklərinin siyahısı - SƏNƏDLƏR

Paradoks
 18-02-2020, 22:19     837

Hadı Rəcəbli 5 çağırış Milli Məclisin deputatı, uzun illər Sosial siyasət komitəsinin sədri olub.

"İnterPosta" xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli Hadı Rəcəblinin aşağıdakı mülklərini sosial şəbəkə hesabında paylaşıb.

O qeyd edir ki, üç il əvvəl "VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ" ordeni ilə təltif edilib.
Düzdür, təvazökarlıq edib, gizlədib, amma yenə də onun 25 illik deputatlıq fəaliyyəti dövründə "vətənə göstərdiyi xidmətlər"in reyestr çıxarışlarını təqdim etmək istərdim.

Təbii ki, siyahı tam deyil.

1. MƏKAN KİÇİK MÜƏSSİSƏSİ - Təsisçisi Hadı Rəcəblinin həyat yoldaşı Mehriban Heybət qızı Rəcəblidir.

2. “MOSKOMMERS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

3. "KAVERSON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

4. "APTUST" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin bacısı Rübayəl Rəcəbova Musa qızıdır.

5. "ŞERİF-R" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin Lənkəran rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəblidir.

6. “VERAVUL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin qardaşı Xəzail Rəcəbovun oğlu Şadil Rəcəbovdur.

İnterPosta.info






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26