Naqif Həmzəyevin xeyrinə seçki saxtakarlığı – FOTOFAKT

1 noyabr 2015-ci ildə keçirilən parlament seçkilərində səslər Naqif Həmzəyevin xeyirinə saxtalaşdırılıb.
38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsindən deputatlığa namizədlərdən biri zaman-zaman adı müxtəlif səpkili qalmaqallarda hallanan və güllələnən icra başçısı Elmar Vəliyevin "xeyir-dua”sı ilə 2015-ci ildə Millət vəkili mandatı almış Naqif Həmzəyevlə bağlı daha bir ilginc qalmaqal ortaya çıxıb.
Kanal32.az-ın redaksiyasına daxil olan rəsmi protokollarda inanılmaz faktlar ortaya çıxıb. Məsələn, 7 saylı seçki məntəqəsində tərtib olunaraq təsdiq olunmuş iki prortokol arasında kəskin ziddiyytə var.Belə ki,möhürlə təsdiqlənmiş protokolun birində Naqif Həmzəyevə 159 səs,birində isə 441 səs yazılıb.
3 saylı məntəqədə isə seçki komissiyası yerli icra strukturlarının təzyiqi nəticəsində "quşu lap gözündən vurublar”.Saxtakarlıq o həddə çatıb ki,Naqifin əsas rəqibi olan Eldar Paşa oğlu Əliyevə 473 səs,Naqif Həmzəyevə isə 439 səs yazıblar.Və "unudublar” ki,bu iki nəfərin səsinin cəmi etibarlı hesab edilmiş səslərin sayından çoxdur.Yəni etibarlı səs 664 olduğu halda bu iki şəxsin səslərinin cəmi 912,ümumilikdə isə səslərin sayı 1067 edib.Deməli,664 etibarlı hesab edilmiş və protokolun müvafiq qrafasında əksini tapan səs sayı ilə namizədlərin səslərinin cəmi arasında 403 səs artıq fərq var.
12 və 13 saylı məntəqələrdə isə hər iki protokolda məşvərətçi səs hüquqlu üzvünün rəy yazdığı hissə ağardıcı vasitə ilə ağardılaraq yazılar pozulub.
Qeyd edək ki,”Kanal32″nin redaksiyasına 38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsinin hüdudlarıan daxil olan 24 seçki məntəqəsinin 23-nün rəsmən komissiya üzvülərinin imzaları ilə və möhürlə təsdiqlənmiş protokolları daxil olub.
Çox maraqlıdır ki,bu saxtakarlığa getmiş məntəqə sədrlərinin hamısı yerindədir və indi onlardan şəffaf və qanuni seçki gözləyirik.
Bu cinayət tərkibli əməllərlə və ciddi qanun pozunutları ilə bağlı yəqin ki,aidiyyatı qurumlar və xüsusən də Mərkəzi Seçki Komissiyası rəsmi addımlar atacaq. (http://azbelediyye.az/2020/02/07/deputatliga-namiz%c9%99din-saxta-protokollari-sok-fotofaktlar/?fbclid=IwAR2VHNMqbd6AR7uVe1bHwJmvkug1l-wiZgRnrHauxbGW37l9Q_0ONU4qWwo)
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26