Interposta.Info

Çingiz Qənizadə ilə seçiciləri arasında qalmaqal - Video

Paradoks
 30-01-2020, 15:12     552

80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizəd deputat Çingiz Qənizadə Beyləqanın Dünyamallar kəndində etirazla qarşılanıb...
Kənd sakinləri onlarla görüşə gələn Çingiz Qənizadəni sərt tənqid ediblər.

Sakinlər Çingiz Qənizadəyə 10 il deputat olduğunu xatırladaraq seçicilərlə maraqlanmadığını bildiriblər. “Kənddə bir körpə uşağın ciyərində problem var idi, dəyişmək lazım idi. Getdim Çingiz müəllimin yanına dedim ki, kömək elə. Amma o uşağa kömək eləmədin. Ay camaat kimin vicdanı var desin, mən düz danışıram, ya yox”, -deyə sakinlərdən biri bildirib.

Çingiz Qənizadə Dünyamallar kənd sakinlərinə “Qonağı bu cür qarşılacağınızı gözləmirdim” deyən zaman isə onlar “10 il qonaq olmusan” cavabını veriblər. Sakinlərdən bir isə bildirib: “Dünyamalılar kəndi qonaq qarşılayıb yola salmaqda ən seçilmiş kənddir. 10 il ərzində bircə dəfə gəlib şəhidləri ziyarət etməmisiniz, camaat üçün heç nə etməmisiniz”.


Çingiz Qənizadə isə cavabında “etmişəm” deyib. Bu zaman kənd sakinləri “Onda yəqin bu kənd yatıb ki, bundan xəbəri olmayıb” deyə deputatı yalan danışmamağa çağırıblar.

Çingiz Qənizadə kənddəki məktəbi göstərən zaman isə sakinlər deyib: “Onu İlham Əliyevlə Mehriban xanım tikib. Öz adınıza yazmayın. Bəlkə Rusiyada taxta-şalbandan qazandığın pullarla tikmisən? Prezident tikir siz öz adınıza yazırsınız. Camaatı aldatmayın”.

"İnterPosta.info" Yenisabah.az-a istinadən görüşün videosunu təqdim edir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26