Interposta.Info

Əbülfəz Məlikovun oğlunun Şamaxıdan Britaniyaya qədər uzanan biznesi (FOTOFAKT)

Paradoks
 4-10-2019, 19:22     10 760

"İnterPosta.info"nun məlumatına görə, araşdırmaçı jurnalist Cavanşir Həsənli “Broker Əbülfəz” və oğlunun biznes şəbəkəsi haqqında növbəti dəfə yazıb:

“Gömrük brokeri kimi məşhurlaşmış Əbülfəz Məlikovun 1990-cı il təvəllüdlü oğlu Murad Məlikov 19 yaşından şirkət sahibidir. “AMAR-ŞİRVAN” MMC vasitəsilə o, Şamaxıda xeyli torpaq sahəsi alıb. 2009-cu ildən bəri şirkət məhkəmələrə cəlb olunub, torpaq alqı-satqı müqavilələrinin saxta olması ilə bağlı iddialarla üzləşib. Məsələn, məhkəmələrdə ortaya çıxan faktladdan biri Şamaxıda Mikayıl Əhmədov adlı şəxsə məxsus 3 hektar torpaq sahəsinin saxta sənədlərlə həmin şirkətə satılmasıdır.
Amma hər qədər məhkəmə qalmaqalları ilə üzləşsə də, Murad Məlikov Bakıda restoran biznesini inkişaf etdirə bilib. Bununla yanaşı o, Gürcüstanda turizm şirkəti yaradıb, Britaniyada şübhəli biznes sahibi olub.
Məsələn, VAGO Travel Ltd şirkəti 2013-cü il iyulun 4-də Tiflisdə qeydiyyata alınıb. Tbilisi, Isani-samgoris Raionshi, Lekh Kachinskis K., N 84/5 ünvanında yerləşir.

Qeydiyyat sənədlərinə görə, şirkətin 50 faizlik hissəsi Gürcüstan vətəndaşı Şalva Jalabadzeyə, 50 faizlik hissəsi Murad Məlikova aiddir.

Gömrük brokerinin oğlunun Seyşeldə qeydiyyatdan keçmiş və postsovet məkanında çirkli pulların yuyulmasında ittiham olunan
şirkətlərlə bağlantısı da varmış…”

İnterPosta.info

Əbülfəz Məlikovun oğlunun Şamaxıdan Britaniyaya qədər uzanan biznesi (FOTOFAKT)
Əbülfəz Məlikovun oğlunun Şamaxıdan Britaniyaya qədər uzanan biznesi (FOTOFAKT)
Əbülfəz Məlikovun oğlunun Şamaxıdan Britaniyaya qədər uzanan biznesi (FOTOFAKT)
Əbülfəz Məlikovun oğlunun Şamaxıdan Britaniyaya qədər uzanan biznesi (FOTOFAKT)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26