Interposta.Info

"Kontak Home"dan daha bir fırıldaq (FOTOLAR)

Paradoks
 13-06-2019, 16:25     11 068

"Kontakt Home" mağazalar şəbəkəsi məhsullarını satmaq üçün daha bir fırıldaq kampaniya başladıb.

İnterPosta.info
Kommersant.az-a istinadən xəbər verir ki, sözügedən şirkət satdığı məhsulu (bəyaz əşya) 3 iş günü ərzində mənzildə quraşdırma sözü versə də, hələ də müştərilərinə xidmət göstərməyi boynundan atır.

Belə ki, saytımıza daxil olan şikayətə əsasən 03.06.2019 -cu il tarixində alınan qabyuyanı şirkət 3 iş günü ərzində quraşdırmağı söz versə də artıq 11 gündür bu sözünə əməl etmir. Məsələ ilə bağlı sözügedən şirkətin marketinq şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da şirkətin belə bir şöbəsinin olmadığı və jurnalistlərlin sorğularını cavablayacaq bir vəzifəli şəxsin olmadığı bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı iqtisadiyyat nazirliyinə müraciət olunub.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26