Interposta.Info

Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib - VİDEO

Paradoks
 22-05-2019, 19:19     10 449

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhəboyu zonada olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar.

Bu barədə İnterPosta.info-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və əldə olunan məlumatlara əsasən düşmənin törədə biləcək təxribat cəhdlərinin qarşısının bütün atəş vasitələrinin tətbiqi ilə dərhal alınması barədə müvafiq tapşırıqlar verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26