Interposta.Info

“İşğal olunmuş Azərbaycan ərazilərində terrorçu qruplar yaradılır”

Paradoks
 15-04-2019, 14:05     10 425


Narkotik maddələrin Azərbaycana əsasən qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd edilir”.

İnterPosta.into
ONA-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın (IDEC) açılış mərasimində Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, son dövrlər narkotiklərin Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməsinə qarşı mübarizə gücləndirilib, qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Baş nazirin müavini qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində narkotik vasitələrin becərilməsindən əldə edilən vəsaitlə yeni silahlar alınır, terrorçu qruplar yaradılır və həmin terrorçu qruplar dünyadakı münaqişə ocaqlarına göndərilir: “Bu isə təhlükənin miqyasını daha da artırır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26