Separatçı Fəxrəddin Abbasov Rusiyada həbs edildi
Azərbaycana qarşı təxribatlar törədən, qara piar aparan qondarma “Talış Muğan Respublikası”nın “parlament sədri” Bakıya təhvil verilir
Sentyabrın 6-da Moskvanın Lübertsı rayon polisinin əməkdaşları tərəfindən Azərbaycanın beynəlxalq axtarışa verdiyi Fəxrəddin Abbasov (Aboszoda) saxlanılıb. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2, 283.1 maddələri üzrə ittiham irəli sürülüb.
Sentyabrın 7-də Moskva vilayəti Lübertsı şəhər məhkəməsinin hakimi İ.A.Juravlyova Abbasovun Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə onun barəsində 1 ay müddətinə həbs cəzası hökmü çıxarıb.
Qeyd olunur ki, F.Abbasov barəsində cinayət işi 2018-ci ilin iyul ayının 12-də Bakı şəhəri Səbayel Rayon Məhkəməsi tərəfindən başlanıb. İyulun 14-də onun barəsində 4 ay müddətinə həbs qərarı verilib. Abbasov beynəlxalq axtarışa verilib.![]()
Fəxrəddin Abbasov 1956-cı ildə Lerik rayonunda anadan olub. 1993-cü ilin yayında qondarma “Talış Muğan Respublikası”nın “parlament sədri” seçilib. 1994-cü ildə Azərbaycanı tərk edib və Rusiyada yaşamağa başlayıb. 2005-ci ildə Azərbaycana qayıdaraq talış dilində “Şavnışt” qəzetini dərc edib və az sonra yenidən Rusiyaya qayıdıb.![]()
F.Abbasov uzun illərdir Azərnbayncana qarşı hədyalar yağdırmaqla, ölkəmizin ərazi bütövlünyü əleyhınə fəaliyyət göstərməklə məşğul olurdu. O, müxtəlif konfranslarda ölkəmiz və qardaş Türkiyə əleyhinə cinayət xarakterli təxribatlar törədirdi. Sirr deyildi ki, o və ətrafındakı dəstə xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetırirdilər. Xüsusilə də, ermənilərlə əlbir olub İrəvandan yayımlanan “Talışıstan” televızıyasının fəaliyyətini koordinasiya edirdilər./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

