Interposta.Info

"Günay Bank"da qanun pozuntusu

Paradoks
 27-08-2018, 17:55     10 454

"Günay Bank”ın filialında 1000 ABŞ dollarından çox vəsaitin bank tərəfindən alışı dayandırılıb.

"XeberBiz" "kommersant.az”a istinadla xəbər verir ki, belə hadisə "Günay Bank”ın Xırdalan şəhərində yerləşən 6 saylı filialında baş verib. Belə ki, bankın filialında xarici valyuta ehtiyatı olduğu halda, bank, 1000 dollardan artıq vəsait almır.

Xatırladaq ki, bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası açıqlama verərək bildirmişdi ki, vətəndaşlar banklardan istənilən qədər xarici valyuta mübadiləsi edə bilər.

Məsələ ilə bağlı Xırdalan şəhər 6 saylı filiala zəng etsək də sualımıza cavab ala bilmədik, çünki bankın müvafiq filialının şəhər nömrəsi telefon borcuna görə bağlıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26