Interposta.Info

“MuğanBank” uşaqla zaminlik müqaviləsi bağlayıb - Qalmaqal

Paradoks
 11-05-2018, 12:26     10 544

Əhməd Vəliyevin bankında görünməmiş olay - "MuğanBank" uşaqla müqavilə bağlayıb

"MuğanBank” ASC 2014-cü il tarixdə yetkinlik yaşına çatmayan Göygöl rayon sakini Xudiyev Tural Əhliyyət oğlu ilə valideyinlərinin razılığı olmadan zaminlik müqaviləsi bağlayıb.

"XeberBiz" xəbər verir ki, bu barədə Gununsesi.info-ya Tural Xudiyevin vəkili Əziz Qənbərov məlumat verib.

Vəkil bankın bu addımının qanunsuz olmasıyla yanaşı həm də bir ilk olduğunu deyib.

"Ancaq həmin razılıq isə olmamışdı. Bu məsələ ilə bağlı hüquqi addımlar atacağıq”.

Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin ailə biznesinə daxil olan "Muganbank”ın adı bir çox qalmaqallarda, xüsusilə, sabiq MTN rəhbəri Eldar Mahmudovun çirkli pullarının yuyulmasında çəkilib.

Vəkilin sözlərinə görə, Mülki Məcəllənin tələblərinə əsasən bu cür müqavilələr (maddə 30) yalnız valideyinlərin yazılı razılığı ilə bağlanıla bilərdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26