Interposta.Info

Səttar Möhbalıyev Səlim Müslümovu 1 il əvəz edəcək

Paradoks
 21-11-2017, 12:51     10 652

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrindən ibarət Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

interposta.info Report-a istinadən xəbər verir ki, iclasda Komissiyaya yeni sədr seçilib.

Bildirilib ki, Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə görə, komissiyada təmsil olunan tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla bir il müddətinə komissiyanın sədri seçilir. Ardıcıllığa uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev növbəti bir il üçün Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov isə komissiyada nazirliyin nümayəndəsi və əlaqələndirici şəxsi seçilib.

Qeyd edək ki, indiyədək komissiyanın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26