Interposta.Info

Çingiz Abdullayev: Rüşvət alan rektor fahişədir - VİDEO

Paradoks
 13-11-2017, 11:40     10 501

Yazıçı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxışlarından birində təhsildə rüşvətxorluq mövzusundan bəhs edib.

interposta.info xəbər verir ki, o, rüşvət alan rektoru fahişə adlandırıb.

“Ötən dəfə universitetlərdən birində qonaq idim. Dedim ki, təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, fahişəlikdir. Fahişə işini görür, pulunu alır, ona daha çox hörmət edirəm, ancaq rüşvət alanlar isə gələcəyimizin kökünü kəsirlər.

Bu sözlərimdən sonra gördüm ki, auditoriyada əyləşən 400 nəfər mənə deyil, rektora baxır. O rektora yazığım gəldi”, - deyə yazıçı bildirib. (a24.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26