Interposta.Info

Qarabağ qazisinə məxsus torpaq sahəsi qanunsuz olaraq özəlləşdirildi -

Paradoks / Ölkə
 31-10-2017, 22:12     8 104

Bakı şəhəri, Yasamal rayon sakini 3-cü qrup əlil Məmmədov Eldar Kazım oğlu və onun keçmiş həyat yoldaşı Növrəstə Yusifova tərəfindən saytımıza şikayət daxil olmuşdur. Məktubda göstərilir ki, şikayətçilərə məxsus torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri cənab Z.S.Nağdəliyevə, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri cənab Ş.M.Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab K.Həsənova, Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab R.İ.Usubova və Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin Rəisi cənab G.İ.Əhmədova rəsmi məktub və teleqramlarla müraciətlər olunmuşdur. Lakin bu şikayətlərə bu günə qədər baxılmamışdır.

interposta.info şikayət məktubunu olduğu kimi təqdim edir:

“Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şağan bağ massivindən 1948-ci ildən babama 37 sot boş bağ torpaq sahəsi verilmişdir. 1987-ci ildə həmin bağ sahəsinin 25 sotu nənəm Quliyeva Kubra 234/2023 saylı bağ, 03 sentyabr 1987-ci il tarixli müqavilə və 12 sot isə 2017 saylı, 10 sentyabr 1987-ci il 8903 nömrəli müqavilə ilə isə Məmmədov Eldar Kazım oğlunun (mənim) adına keçirilmişdir. Həmin sahələr bir yerdə, arakəsmə olmadan, yaşamaq üçün hər şəraiti olmaqla, meyvə və yaşıllıq ağacları əkilərək istifadəmizdə olmuşdur. Ailələrimiz hər yay bu bağlarda istirahət ediblər.
2013-cü ildən həmin bu bağ sahələrini özəlləşdirmək qərarına gəldik. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəhbərliyinə dəfələrlə müraciət etsək də qanuni olaraq heç bir sənəd əldə etmədikdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab K.Həsənova elektron və poçtla məktub göndərildi və qəbul etməyini xahiş etdik. Qəbulda cənab Hikmət Mustafayev məsələyə yenidən baxılması üçün ƏMDKYDƏDRX Bakı şəhər Ərazi İdarəsinin rəhbərliyə göndərdi. Sənədlərə baxıldı. Nəticə: 2023 saylı bağımızı saxtakarlıq yolu ilə mənimsəyən, zəbt edərək özəlləşdirən kimlərsə mənə məxsus olan 2017 saylı bağımın da bir hissəsini zəbt edərək öz istifadəsinə keçirib və reestr alıb. Bizə qanuni yerimizin katastrını vermirlər ki, artıq onlar özəlləşdirib.

Əmlak Komitəsinin məmurları özləri tərtib və təsdiq etdiyi sənədləri ləğv etmək əvəzinə bu işdə onlara havadarlıq edirlər və hər vasitə ilə onları, sənədlərini toxunulmaz qoruyurlar, belə məmurlar üzündən qanunsuzluqlar baş alıb gedir.
Bizi haqsız olaraq o qədər bezdirirlər ki, belə haqsızlıqla yaşamağa dözüm qalmayıb.

Mən və ailəm də bu Dövlətin vətəndaşlarıyıq. Bizim ən azı hüquqlarımız, haqqımız taptalanır, kasıb, əlil, xəstə ahıl insanlarıq, vəzifə sahibi deyilik. Özümüzə aid olan torpağımızdan, malımızdan, mülkümüzdən istifadə edə bilmirik. Bu haqsızlığa nə vaxta kimi dözməliyik?

Bürokratik əngəlliklər, qanunsuz saxtakarlıqları araşdırmaqdan səhhətimiz daha da ağırlaşıb, ömrümüz isə belə səbəblər üzündən qısalıb.

Ali Baş Komandanın sərəncamı, xalqın birliyi ilə torpaqlarımız qaytarılacaq, vətənimizin öz içərisindən torpaqları qanunsuz ələ keçirən saxtakarlardan öz əmlakımızı onlara havadarlıq edənlərin əlindən geri qaytarmağa gücümüz çatmır. Vətəndaş olaraq haqqımız, hüququmuz kobud surətdə tapdalanıb, qanunlarımız pozulub. Polislərə müraciət etsək də bizə dedilər ki, bu polisin işi deyil.

Buradan Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev cənabları və onun xanımı Azərbaycan Respublikasının Birinci xanımı, Millət Vəkili Mehriban xanım Əliyeva səslənərək, kasıbın, fəqirin, kimsəsizin, köməksizin, əlilin haqqının bərqərar olacağına və yuxarıda qeyd olunan əmlakımızın geri qaytarılaraq özümüzə veriləcəyinə ümid edirik, inanırıq. Biz əlillərin, xəstə və ahıl insanların ilk və son xahişi: - Sizdən xahiş edirik inamımızın, ümidimizin qırılmasına imkan verməyin, torpaq sahəmizi saxta sənədlərlə əldə edərək mənimsəyərək özəlləşdirənləri etdikləri əməllərə görə cəzasız qoymayın.

Son ümidimiz yalnız Sizsiniz. Belə əməllərin qarşısı vaxtında alınmasa gələcəyimiz nə olacaq?
Əvvəlcədən Sizə səmimi təşəkkürümüzü bildiririk.

Hörmətlə,
Nümayəndə və ailənin üzvü: Növrəstə Yusifova

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

interposta.info
Qarabağ qazisinə məxsus torpaq sahəsi qanunsuz olaraq özəlləşdirildi -
Qarabağ qazisinə məxsus torpaq sahəsi qanunsuz olaraq özəlləşdirildi -
Qarabağ qazisinə məxsus torpaq sahəsi qanunsuz olaraq özəlləşdirildi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26