Bakıda çörəyin içindən taxta çıxdı
Bakıda müştəri aldığı çörəyin içindən taxta qırıntısı aşkarlayıb.
interposta.info xəbər verir ki, bu hadisə ilə Ceyhun Əsgərov adlı şəxs qarşılaşıb.
C. Əsgərov bununla bağlı sosial şəbəkədə olan hesabında paylaşım edib: “Azərbaycan, Bakı, 2017-ci il. Biz hələ də çörəyin içərisində zir-zibil tapırıq. Yaxşı ki, kosmosa göndərdiyimiz peyki Azərbaycanda istehsal etməmişik. Yoxsa içərisində "təsadüfən" "Kamaz" unudardıq. Dostlar, diqqətli olun! İstəsəniz, hörmətli də ola bilərsiniz. Lakin hörmət etmirlər. Pulla aldığımız çörəyi gözübağlı yeyə bilmərik!”
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26