Interposta.Info

Xalqımızın bu günkü aptek və həkim bəlası - Səhiyyə Nazirliyi niyə göz yumur?!

Paradoks
 28-06-2017, 13:02     10 922

Azərbaycan xalqının bu günkü aptek və həkim bəlası.
Son günlər millətin bəlasına çevrilən firma dərmanları vətəndaşları çox narahat edir.
Baha və digər dərmanlardan kefiyyət fərqi olmayan bu dərmanlar respubilkanın bütün apteklərini əhatə edir və buna səbəb kimdir?!

Dərman biznesi ilə məşğul olanlar yerli bazarda bu kefiyyətsiz dərmanları satdırmaqla kifayətlənmir, hətta XALQIMIZA satılan dərmanların satışını təşkil edən “həkim” kütləsinə faiz də verirlər. Belə ki, araşdırmamız zamanı məlum oldu ki, bəzən apteklərdə reseptlər kopyalanır. Hətta hərdən görürsən ki, sənə tanımadığın nömrədən zəng gəlir – cavab verirsən: Qarşı tərəf “kubarcasına” bildirir ki, bağışlayın sizi firmadan narahat edirik. Sizə yazılan reseptdə ki, dərmanları almısınızmı? Almışam dedikdə isə növbəti sual belə olur: Hansı aptekdən almısınız? Bu azımış kimi hətta firmanın əməkdaşları xəstənin yanında həkim biz firmadan gəlmişik kimi ifadələr də işlədərək həkimə eyhamlar vururlar.
Araşdırma zamanı o da məlum oldu ki, uşaqlarının sağlamlığından qorxan valideyinlər bildirir ki, həkim yazdığı dərmanları almağa məcburuq çünki övladlarımızın həyatı bizim üçün önəmlidir. Müsahibimiz bildirir ki, müalicənin birinci hissəsi bitdikdən sonra həkimə bildirdim ki, övladımda olan xəstəliyə müalicənin heç bir təsiri olmadı. Bu iradımdan sonra həkim bildird ki, hələ nə olub ki, xeyir edəcək. Beləliklə əlavə olaraq bir neçə kurs müalicə etdirsək də heç bir müsbət nəticə əldə edə bilmədik. Vətəndaş bildirir ki, sonda ümumi xərcləri hesabladıqda məlum olub ki, reseptlərə (firma dərmanlarına) 1400 manat pul xərclənib.
interposta.info olaraq bildirir ki, Azərbaycan Səhiyəsində bu və bundan da dəşətli neqativ halların olduğu hər birimizə məlumdur. Son zamanlar apteklərdə narkotik tərkibli dərmanların satışını açıq aşkar təşkil edilməsi də danılmaz faktlardan biridir.

https://interposta.info/nebz/20546-hycan-tbili.html

Azərbaycan Səhiyyəsində ürək ağrıdıcı mənzərə onkologiya mərkəzində də davam edir.
Milli Onkologiya Mərkəzində bütün tibbi xərclər Azərbaycan vətəndaşı üçün ödənişsizdir.

Halbu ki, ölkə rəhbəri hər il onkoloji xəstələrin müayinə və müalicəsi üçün dövlət büdcəsindən yetərincə vəsait ayırır. Amma buna baxmayaraq onkoloji mərkəzdə açıq aşkar pul yığılır.
Milli Onkologiya Mərkəzindəki neqativ hallarla bağlı tanınmış vəkil Aslan İsmayilov da öz iradını bildirmişdir.

Dünyanın ən müasir tibbi avadanlıqları ölkəmizdə olsa da vətəndaşlarımız xarici ölkələrdə müalicə olunmağa önəm verirlər.

Səhiyyə Nazirliyi ölkə səhiyyəsində olan nekativ halların aradan qaldırılması istiqamətində hansı işləri görüb?!

https://rublika.az/sehiyye/13936-baki-sheher-bash-sehiyye-daresinde-korrupsiya-bash-alib-gedir-elmira-eliyevanin-meqsedi-gelir-elde-etmekden-bashqa-bir-ishe-yaramir.html


interposta.info media üzərindən apardığı araşdırma nəticəsində aydın oldu ki, ölkənin səhiyyə sistemində olan özbaşınalıq günü-gündən “çiçəklənir”...

Səhiyyə Naziri Oktay Şirəliyevin dərman baronlarına dur deməsi zamanı gəlib çatmışdır yoxsa Kamaləddin Qafarov kimiləri bahalı və kefiyətsiz dərmanlarla bu xalqı hələ çox zərərləyəcək...

https://teref.info/karusel/48031-parlamentin-lal-derman-biznesinin-monopolist-deputati-kemaleddin-qafarov.html
Ölkə səhiyyəsində baş verən özbaşınalıqlardan bəs edən digər xəbərlər bu linklərdə öz əksini tapmışdır.
https://www.dosye.org/banner/6624-a%C4%9Fda%C5%9F-s%C9%99hiyy%C9%99sind%C9%99-misli-g%C3%B6r%C3%BCnm%C9%99y%C9%99n-olay.html

https://bakunews.az/bolge/8019-goycay-merkezi-rayon-xestexanasinda-korrupsiya-bash-alib-gedir.html

https://azpolitika.info/?p=186058

https://azxeber.com/respublika-klinik-pulxanasi-yoxsa-xestexanasi/

https://sizinxeber.com/manset/3337-celilabad-diaqnostikasinda-korrupsiya-faktlari-shok.html

https://bakipost.az/hekim-terroru-daha-bir-aileni-bassiz-qoydu-sehven-arterial-damari-kesib/?utm_campaign=Musavat&utm_medium=organic&utm_source=Musavat

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26