Interposta.Info

Azərbaycanda rus qəbrləri məqsədli şəkildə dağıdılır - VİDEO FAKT

Paradoks
 16-06-2017, 12:10     910

Rusiya-Azərbaycan münasibətlərinə illərdir kölgə salmaq istəyən bəzi məmurların əsl niyyəti bir müddət öncə faş oldu. Bəlkə də bu nüans ölkənin hüquq-mühafizə orqanlarının nəzərindən yayınıb. Ancaq əslində bu gün oxuculara təqdim edəcəyimiz bu yazımızla həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm Azərbaycan Respublikası Baş Prokurorluğunun, həm də Daxili İşlər Nazirliyinin yazının ardınca verdiyimiz video sujetə diqqətlə izləmələri və sadəcə 5 dəqiqə düşünməklə ölkəmizə qarşı edilən böyük bir təxribatın iştirakçılarını müəyyən edə bilərlər.

Məsələ ondan ibarətdir ki, Bakı şəhərindəki rus qəbrləri məhv edilərək guya bunu pul qazanmaq üçün edildiyi görüntüsü verilir. Ancaq əslində real siyasi məqsədlər sezilir. Çünki bu sahəyə rəhbərlik edən Əhaliyə Vətəndaşlıq Trestinin müdiri Cavanşir Tağıyevin adı “MTN-in həbs olunan dəstəsi” ilə çox isti bağlantıları olub. Tağıyevin qohumlarından biri həmin qurumun terrorla mücadilə sturuktorunda çalışıb və özünün mərhum polkovnik İlqar Əliyevlə yaxın münasibətləri olub. İzləyəcəyiniz video sujetdə də qeyd olunur ki, trestə bu barədə sorğu verildikdə oranın mətbuat katibi redaksiyaya zən edərək bu barədə MTN-ə müraciət etmələrini tövsiyyə edib. Həmin mətbuat katibi MTN tərəfindən himayə olunmuş “GÜN” qəzetinin rəhbəri Fikrət Fərhadoğludur. Bu həmin Fikrət Fərhadoğludur ki, onun imzası ilə(sifarişlə) qəzetində “Nazirin xəyanəti” sərlövhəsi ilə daxili işlər naziri Ramil Usubovun ünvanına ən təhqiramiz şəkildə silsilə yazılar verirdi. Hətta onu tanıyan şəxslərə arxalarında MTN generalı Hilal Əsədovun dayandığını açıq şəkildə bəyan etməkdən çəkinmirdi. Bu şəxsin Əhalinin Vətəndaşlıq Xidməti Trestində mətbuat katibi olması da təsadüfi deyildir. Çünki “MTN-lə bağlı qaldırılan cinayət işi”ndə adı hallanan kafe-“SULTAN”ın məhz Hacı Cavanşirə-Cavanşir Tağıyevə məxsusdur.

Bu kafe Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə bitişik yerləşir və buranı Haci Cavanşirin qardaşı “işlədir”. “MTN işi”ndə həmin nazirliyin bir neçə sövdələşməsinin də bu kafedə aparılması Azərbaycanda rus qəbrlərinin məqsədli şəkildə baxımsız vəziyyətə salınaraq dağıdılması hakimiyyəti çətin duruma salınmasına hesablanıbmış. Hər sahədə olduğu kimi, bu istiqamətdə də hakimiyyəti zərbə altında qoymağa Rusiya-Azərbaycan münasibətlərinə sərinlik gətirilməyə cəhd edilməsi və bu işdə Cavanşir Tağıyevdən istifadə olunması, trest müdirinin yanına da öz adamlarını mətbuat katibi kimi yerləşdirmələri ortadadır. İnanırıq ki, aidiyyatı qurumlar bu məsələyə biganə qalmayacaqlar…/Reportyor.org

interposta.info
Buyurun həmin sujeti diqqətlə izləyin…

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26