Interposta.Info

ŞOK: Rövşən Lənkəranskinin qətlinin arxasında oliqrax izi:

Paradoks
 5-05-2017, 19:40     4 687

Azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin qətlindən xeyli müddət keçsə də, hələ ölümün səbəbləri və qatillər məlum deyil. Rusiya mətbuatında Lənkəranskinin ölümü ilə bağlı yeni versiya ortaya atılıb.
Cebhe.info xəbər verir ki, R.Lənkəranskinin ölümünə Azərbaycandan olan iş adamları və onların təsir dairəsində olan bazarlar ətrafındakı hadisələr səbəb ola bilərdi.
ŞOK: Rövşən Lənkəranskinin qətlinin arxasında oliqrax izi:


Bu məlumatı mətbuata R.Lənkəranskinin qətlini araşdıran təhqiqat qrupuna yaxın mənbə bildirib. Mənbə iddia edir ki, 2013-cü ildə Qərbi Bryulovoda meyvə-tərəvəz bazası bağlandıqdan sonra Moskva regionunda dərhal iki nəhəng kənd təsərrüfatı məhsulları bazası peyda olub. Biri Qod Nisanov və Zaxar İlievin "Fud Siti"si və ikincisi "4 mövsüm" bazası.

Adı çəkilən məşhur Qod Nisanov əslən Azərbaycandandır və Rusiyada milyardlarla dollar dəyərində daşınmaz əmlakı var.

"4 mövsüm" bazası isə bankir Ananev qardaşlarına və onların kriminal keçmişə malik iş ortağı, biznesmen və keçmiş boksçu Timofey Kurqinə məxsus idi. Moskva hökumətinin "Fud Siti"yə olan dəstəyinə və infrostrukturuna baxmayaraq, o, "4 mövsümə" uduzurdu. Çünki bağlanan Pokrovka bazasındakı azərbaycanlı obyekt sahibləri "4 mövsüm"ü seçirdilər. Onların arasında bazar "nəhəngləri” olan Nuruş və Məhərrəm də vardı.

Hər iki şəxs Rövşən Lənkəranskinin adamı kimi tanınıb. Ondan əvvəl isə 2003-cü ildə öldürülən "qanuni oğru" Seymur Abdullayevin yaxın ətrafı kimi tanınıblar. Seymurun ölümündən sonra Lənkəranski onun nəzarətindəki "nöqtələri" təsir dairəsinə alıb. Hətta, Hikmət və Çingizin də yaxın ətrafı daha sonra Lənkəranskinin başına toplaşıb.

Domodedova bazarında biznes impriyası quran Lənkəranski "Fud Siti"yə "yaşıl işıq" yandırmayıb. "Fud Siti"yə gedən sahibkarlar isə əsasən Rövşənlə düşmən münasibətdə olan Canpolad Şamiloğlunun adamları olub. O, Rəşad Gəncinski tərəfindən "taclandırılıb", lakin daha sonra öz hamisinin ölümündə adı hallanıb. Canpolad 2009-cu ildə İqbal Nəcəfov öldürüldükdən sonra Gəncə qruplaşmasının liderinə çevrilib.
ŞOK: Rövşən Lənkəranskinin qətlinin arxasında oliqrax izi:


Domedodova bazasının qara günləri 1 il əvvəl başlayıb. Məhərrəm və Nuruşun maliyyə maxinasiyalarına yol verməsi bazar rəhbəriyinə məlum olduqdan sonra Lənkəranski onların hər ikisinin qarşısına sədd çəkib.

Lənkəranskinin Rusiyada olmamasından istifadə edən bu şəxslər bazardakı piştaxtaları icarəyə verib və vəsaiti öz ciblərinə qoyublarmış. Söhbət isə külli miqdarda vəsaitdən gedir. Onların cəzalandırılması məsələsi gündəmə gələndə isə hər ikisi "Fud Siti"yə qaçıb və orda olduqca mehriban qarşılanıblar. Hər ikisinə iş üçün yaxşı şərait yaradılıb. Beləliklə "4 mövsüm"ün sahibləri nəinki oğurlanan vəsaiti qaytara bilməyib, həmçinin bazanın tamamilə məhv olmasına özləri şərait yaratmış olublar. Ticarət pavilyonu ərazisinin ancaq 5 faizi işləyib. Moskva meriyasının himayəsi altındakı bazaya sığınan Məhərrəm və Nuruş "4 mövsüm"ün keçmiş sahibləri üçün əlçatmaz olsa da, əvvəllər onlara hamilik etmiş Rövşən barədə bunu demək olmazdı.

Buna görə də indi Lənkranskinin ölümündə təkcə "oğru dünyası"nın, onun əzəli düşməni Canpolad Şamiloğlu yox, həm də oliqarxların dayana biləcəyi versiyası gündəmə gəlib. Çünki bir zamanlar Rövşənin qəzəbinə tuş gələn şəxslər hazırda "Fud Siti”nin damı altındadır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26