Interposta.Info

Məmurun keçmiş kürəkənindən şok açıqlamalar - Video

Paradoks
 18-04-2017, 19:24     876

“Aysel Oktayı mən əsgərlikdə olanda tapıb”

interposta.info xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin birinci həyat yoldaşı Elşən Əsgərli bildirib.

Onun sözlərinə görə, cütlük 2012-ci ildə evlənib: “Biz universitetdə oxuyurduq. Orada bir-birimizi sevib ailə qurmuşuq. Həmin vaxt mənim 19 yaşım vardı. Evləndikdən 5 il sonra mən hərbi xidmətə yollandım. Əsgərlikdə olanda, Aysel gedib özünə oğlan tapıb. Bu səbəbdən Aysellə 2016-ci ilin aprel ayında rəsmi olaraq boşanmışıq. Bundan 6 ay sonra Aysel başqası ilə, yəni bugünkü həyat yoldaşı Oqtayla nişanlandı.”

Elşən Əsgərli qeyd edib ki, Aysellə aralarında olan nikah pozulandan sonra qarşı tərəf ona şər-böhtan ataraq, Əsgərlilər ailəsini əxlaqsızlıqda ittiham edib: “Aysel mənə qarşı təxribata başladı. O, mənim anamın, bacımın şəkillərini sosial şəbəkədə paylaşaraq altından təhqiredici ifadələr yazıb. Bundan əlavə, bizim evin və anamın mobil telefonlarının nömrəsini sosial şəbəkədə paylaşıb. Yazıb ki, guya mənim anam 20 manata əxlaqsızlıq edir. Bu başlıq altında mənim şəkillərimi paylaşır. Hamı görür o, nələr edir. İndi də mənə böhtanlar atır.”

Əsgərli Elşən eks-qayınatası Qüdrət Şükürovu dövlət əmlakını mənimsəməkdə ittiham edib: “Mənim ailəm həmişə imkanlı olub. Onun həyat yoldaşı “Porche” sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb. Mənim sürdüyüm maşın isə öz alın tərimlə qazanılıb. Özünə bir “alfons” tapıb. Onların yaşadığı dəbdəbəli həyat Ayselin atasının hesabınadır. Qüdrət müəllim 510 manat maaş alır, mənim atam isə heç bir dövlət işində işləmir, biznesmendir. Qoy cavab versin ki, 510 manatla o dəbdəbəli həyatı necə yaşamaq olar? Bakı Lift Təmir İstehsalat Birliyində baş direktordur. Atasının qrup dəstəsi var, liftləri oğurlatdırır. Məqsədi büdcədən pul qoparmaqdır ki, yenisini alsın. Özünə quldur dəstə yaradıb.”

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin dəbdəbəli yaşam tərzi ilə bağlı müzakirələr gedir. Ayselin bu yaxınlarda baş tutan toyuna 400 min dolların xərcləndiyi bildirilən müzakirələrdə bu dəbdəbənin mənbəyi soruşulur. Qüdrət Şükürovun dəbdəbəli həyatı və varidatı haqda yazını “BAKI LİFT İDARƏSİ RƏİSİNİN ZƏNGİN HƏYATI “ başlıqlı yazıdan oxuya bilərsiz

interposta.info azərbaycanlı məmurun qızının dəbdəbəli toyundan videogörüntüləri təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26