Interposta.Info

"UTANMASAN OYNAMAĞA NƏ VAR Kİ"- FOTO-VIDEO

Paradoks
 4-04-2017, 12:36     1 030

Bu günlər saytımızda gedən yazıların Şirvan şəhərində güclü rezonans doğurması xəbəri redaksiyamıza bildirildi.
Əvvəl yazılarımızda siz dəyərli oxucularımıza Şirvan polisindən sərəncama göndərilsədə Salyan polisində özünə iş tapan Bəhruz Qurbanov barəsində yazılar təqdim etmişdik. Əlavə olaraq Qurbanovun narkotikaya olan dərin "hörmət"indəndə bəhs etmişdik. Anası "QIZIL ALMAZ"ın himayədarları tərəfindən redaksiyamıza bir çox təsirlər olunmasına baxmayaraq daima öz konkretliyi ilə tanınan VETENPERVERLER.az kollektivi heç bir müdaxiləyə əhəmiyyət vermədən öz yolunu davam etdirməkdədir. Nəzərinizə çatdırırıq ki, redaksiyamız adından DİN-nin Daxili Təhqiqat idarəsinə vətəndaş şikayətləri əsasında Bəhruz Qurbanovun xidməti fəaliyyətini xarakterizə edən məlumat yaxın günlərdə ünvanlanacaq. Ancaq bu gün bizə çox ilginc bir foto fakt daxil oldu. Daima cəmiyyətimizdə öz etik davranışları ilə içtimaiyyətin hörmətini qazanan polis əməkdaşlarından elələri də var ki, heç bir əndazəyə sığmayan hərəkətləri ilə komik bir mənzərə yaradırlar. Dövlət atributlarını daşıma məsuliyyətini dərk etməyən polis əməkdaşlarına qarşı hörmətli Ramil Usubov cənabları konkret qərarları ilə bütün rəhbərlərdən seçilib. Sizlərə təqdim etdiyimiz bu foto fakt hal hazırda dövlət atributlarını daşıyaraq Salyan rayon Polis Şöbəsinin əməliyyatçısı işləyən Bəhruz Qurbanovdur. Dəfələrlə bu kimi etikadan kənar, ictimaiyyətə açıq aşkar hörmətsizlik nümayiş etdirən hərəkətləri ilə qınaq obyekti olan Bəhruz Qurbanov yenə şənliklərin birində sözün əsl mənasında özünü itiribmiş. Çox maraqlıdır ki, bu cür oynamaq tempi nə Bəhruz Qurbanovun geyindiyi polis mundirinə nə də yaşına uyğun deyil. Yəqin ki, polis əməliyyatçısının bu hala düşməsində qardaşı Pərviz Qurbanovun da "əməyi" az deyil. Axı bu cür oynamaq heç bir əndazəyə sığmır. Bu yerdə ataların gözəl kəlamını xatırlatmaq yerinə düşər: "Utanmasan oynamağa nə var ki." Amma bir kəlamda var ki, Utanmaza salam ver keç. Nə isə. Şirvandan olan mənbə bildirir ki, foto dakı toyda Bəhruz Qurbanovun komik oynamasının video görüntülərini də bizə təqdim edəcək.

interposta.info

"UTANMASAN OYNAMAĞA NƏ VAR Kİ"- FOTO-VIDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26