Interposta.Info

AzTV-də yeni qalmaqal...

Paradoks
 21-03-2017, 09:58     833

interposta.info xəbər verir ki, AzTV-dəki mənbələrimizdən Moderator.az-a verilən məlumata görə son günlərdə bu qurumda daha bir gərginlik yaşanır.

Buna səbəb sosial şəbəkələrdə sədr A.Alışanovun ünvanına tənqidlər söylənilən videomaterialın yayılması olub.

Müğənni Aslan Hüseynovun geniş rezonans doğurmuş çıxışından sonra virtual sferada daha bir materialın paylaşılması AzTV sədrində ciddi narahatlıq yaradıb.
AzTV-də yeni qalmaqal...


Sonradan məlum olub ki, həmin videomaterial ötən ilin fevralında professor Qulu Məhərrəmlinin əleyhinə AzTV-də dövlət resursları hesabına çəkilmiş üç saatlıq çıxışlardan ibarət video əsasında hazırlanıb. Montaj edilmiş süjetdə məzmun dəyişikliyi aparılaraq çıxışlardakı tənqid və ittihamlarr A.Alışanova yönəldilib.

Mənbə bildirir ki, indi AzTV sədri çox müasir texnika ilə, həm də olduqca məharətlə hazırlanmış və Yutubda “Bumeranq Arif Alışanov” adı ilə yerləşdirilmiş həmin materialın hazırlanmasında rəhbərlik etdiyi telekanalın montajçılarının əlinin olub-olmadığını aydınlaşdırır. Eyni zamanda bu məsələni dəqiqləşdirmək üçün sədr rəqəmli texnologiya ilə işləyən digər kanallara da “kəşfiyyatçılar” göndərib./https://www.moderator.az/news/172809.html

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26