Interposta.Info

Ermənistanla ticarət edən

Paradoks
 1-03-2017, 11:36     769

Ermənistanla ticarət edən

Məhkəmədə Vətənə xəyanət edən iş adamı barədə sənədlərin DTX-dan alınaraq işə işə əlavə edilməsi tələb edildi
2015-ci ilin may ayında müəyyən edildi ki, Elman Muradovun rəhbərlik etdiyi “AzərPlast” şirkəti Ermənistan Respublikası ilə ticarət əlaqəsindədir.


interposta.info “haqqin.az”a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən polkovnik Füzuli Əliyev bildirib.

“Bu cinayət işində elə epizodlar var ki, dövlət ittihamçılarından yalnız qanunu və hüququ deyil, milli dəyərləri də nəzərə almalarını xahiş edirəm”,- deyə mütəhhim məhkəmədən xahiş edib.

Füzuli Əliyev daha sonra söyləyib: “Bu işi başlamaq üçün Baş Prokurorluqdan kömək istədim və sağ olsunlar, bir gün içində məsələ həll edildi. Həmin adam ermənilərlə iş birliyini heç cür etiraf etmək istəmirdi. Mənə təzyiqlər də çox idi. Elman Muradovun qardaşı çox strateci mövqedə çalışırdı və imkanları geniş idi. Son nəhayətdə dövlətə xəyanətlə məşğul olan bu şirkətə qarşı ittiham irəli sürülməsi üçün sənədləri Vergilər Nazirliyinə yolladım. Həmin sənədlər iş otağımda idi. Onları indi DTX-yə sorğu göndərməklə əldə etmək olar. Çünki ermənilərlə iş görmüş bu adam indi mənə qarşı iddia qaldırıb və gəlib burada üzümə duracaq”.

MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası cümə axşamı, martın 2-də keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26