Interposta.Info

“Azərbaycanda yeni telakanal açırıq” adı ilə sahibkarlardan külli miqdarda pul alıblar —

Paradoks
 14-02-2017, 11:15     755

“Azərbaycanda yeni telakanal açırıq” adı ilə sahibkarlardan külli miqdarda pul alıblar —

Ölkə.az xəbər verir ki, 7news.az saytı “Qurtuluş TV” haqqında sensasion iddia irəli sürüb.

Həmin iddiada qeyd edilir ki, 6 iyun 2016-cı il tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Qurtuluş MR” MMC-nin təsis etdiyi “Qurtuluş TV”-nin və “qtvxeber.az” saytının təqdimat mərasimi keçirilib. Həmin təqdimat mərasimindən sonra internet televiziyasının “Youtube” kanalında bəzi verilişlərin anonsu ilə bağlı qeyri-peşəkar hazırlanmış videolar yayınlanmağa başlayıb. Daha sonra isə bu layihənin taleyi haqqında müəmmalar ortaya çıxıb.

Sayt qeyd edir ki, təqdimat mərasimində “Qurtuluş TV”-nin təsisçisi Rəşad Məmmədov çıxış edərək “böyük strategiya” ilə bağlı geniş vədlər verib. Lakin peyk vasitəsi ilə yayınlanacağı ilə bağlı sahibkarlara verilən vədlər elə açılış mərasimindəcə puça çıxıb. Belə ki, ilk mərhələdə televiziyanın internet üzərindən yayınlanacağı ilə bağlı elan verilib. Daha sonra isə bir neçə verilişin də adı qeyd olunaraq yaxın zamanlarda “Türksat” vasitəsi ilə yayımın Azərbaycanla yanaşı həm də Türkiyə, Rusiya, Orta Asiya ölkələrində olunacağı qeyd edilib.

“Qurtuluş TV”-nin təsisçisi Rəşad Məmmədov və direktoru Arzu Hacıyeva yeni, perspektivli telekanal açmaları və onlara şirkətdə pay veriləcəyi vədi ilə ölkədə fəaliyyət göstərən bir çox iş adamından olduqca böyük məbləğdə vəsaitlər alıblar. Daha sonra isə həmin iş adamları aldadıldıqlarının fərqinə varıblar.

7news.az saytı qeyd edir ki, şikayətlərdən sonra “Qurtuluş TV”-nin təsisçisi Rəşad Məmmədov və direktoru Arzu Hacıyeva ilə bağlı bəzi polis bölmələrində ilkin araşdırmalar başlayıb. Artıq Yasamal və Nərimanov polis bölmələrində bəzi şəxslər ifadə də veriblər. Respublika Baş Polis İdarəsi də məsələyə öz münasibətini bildirəcək. Bundan başqa işdə korrupsiya elementləri olduğuna görə bu hallarla mübarizə aparan müvafiq qurumların da müdaxiləsi istisna edilmir. Bu fırıldaq əməlində həmçinin CBC kanalında çalışdığı iddia olunan Samir Cəfərovun da adı hallanır.

Sayt bu məsələ ilə bağlı hüquq-mühavizə orqanlarına sorğu göndərdiyini də qeyd edib.

Qeyd: Dərc edilən fotolar “Qurtuluş TV”-nin təqdimat mərasimi zamanı çəkilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26