Interposta.Info

Neftçalanın icra başçısı tədbirdə

Paradoks
 13-02-2017, 13:20     963

Neftçalanın icra başçısı tədbirdə

Son günlər icra başçıları ilə bağlı xoşagəlməz halların mətbuat vasitəsilə şahidi oluruq. Haqqında şikayətlərin çoxluğu, xalqda etiraz yaradan icra başçılarının yola salınacağı ilə bağlı informasiyalar yayılmaqdadır.
Maraqlı tərəfi də bu kimi informasiyaların hakimiyyətə yaxın mediya orqanlarında yayımlanmasıdır.

Mətbuatda ən çox şikayət məktublarının yayıldığı rayon Neftçala rayonudur. Buna səbəb isə icra başçısının rayonu istədiyi kimi idarə etməsidir. Görünür İsmayıl Vəliyevin haqqında yuxarılarında məlumatı var və rəsmi media orqanı vasitəsilə yatmış halda görüntüləri dərc olunub.

Beləki, Neftçala rayonu Heydər Əliyev mərkəzində keçirilən "Neftçalada multikulturalizm” sənədli filminin təqdimatında icra başçısı İsmayıl Vəliyevin yuxulu görüntüləri yayımlanıb.

AzərTac-a istinadən həmin görüntüləri təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26