Interposta.Info

“Leyla Şıxlınskaya” klinikasında biabırçılıq:

Paradoks
 16-01-2017, 10:19     1 152

“Leyla Şıxlınskaya” klinikasında biabırçılıq:

Məşhur klinikada azyaşlılara qarşı edilən hərəkətlər tük ürpərdir

Məşhur “Leyla Şıxlınskaya” klinikasında baş verən biabırçı hadisə ilə bağlı Avtosfer.az-a daxil olan müraciəti oxuduqca bəlkə də, çoxları hansısa filmdə əsirlərlə davranan düşmən obrazını canlandıracaq.
Amma bunlar əsirlikdə yox, Bakıdakı «Leyla Şıxlınskaya» klinikasında baş verib. Vətəndaş Ruslan İbrahimovun yazdıqlarını olduğu kimi təqdim edirik:
- Yanvarın 7-də axşam saat 19:00 radələrində oğlum İbrahimli Murad və qızım İbrahimli Ayanın hərarətlərinin yüksəkldiyinə görə «Atəşgah» sığortaya zəng vurdum. Yaşadığım evə ən yaxın klinikadan dərhal həkim briqadası gəldi. Övladlarımın hərarətlərinin yüksək olduğu üçün həkimlər uşaqları xəstəxanaya aparmağı məsləhət gördülər. Sığorta əməkdaşları ilə məsələhətləşdikdən sonra uşaqları “Leyla Şixlinskaya” adlı klinikaya gətirdik. Uşaqları klinikaya qəbul etməmişdən öncə “Leyla Şixlinskaya” klinikasının həkimi bizi ilkin müayinə otağına dəvət edib uşaqları yoxlamağa başladı.
Qızım Ayanı yoxlayan həkim onun öskürüb-öskürmədiyini soruşduqda, biz öskürmədiyini, sadəcə, hər iki uşaqda yüksək hərarət olduğunu və yediklərini qaytardıqlarını bildirdik. Bu zaman həkim israrla, dəfələrlə təkrar edərək bildirdi ki, uşağın ciyərlərində səs var. Mən də israrla təkrarən həkimə uşağın öskürmədiyini dedim. Bundan sonra həkim “Fanedoskopun şlankı xalatıma dəydiyi üçün gələn xışıltını uşağın ciyərindən gələn səs kimi başa düşmüşəm” dedi.
Bir valideyin kimi bu vəziyyət məni narahat etsə də, fikir vermədim. Fikirləşdim ki, həkim bəlkə gecə olduğu üçün yorğundur, amma gərək elə həmin dəqiqə klinikanı dəyişərdim. Çünki mən orda israr etməsəydim ki, uşaq öskürmür, mənim 6 aylıq qizimi bəlkə şikəst edəcəkdi. Təəssüf ki, uşaqları anaları ilə birlikdə həmin klinikaya yerləşdirdim. Səndemə hələ bizi gözləyənlər qabaqda imiş.
Səhəri gün yanvarın 8-də səhər saat 11:00-da mən övladlarımla maraqlandığımda uşaqlara nəinki həkim nəzarəti olmuşdu, hətta səhər yeməkləri belə gətirilməmişdi. Həyat yoldaşım bunları mənə bildirdikdə fikirləşdim ki, birinici gün olduğundan bəlkə işləri çoxdur. Amma yanılmışdım, personalın səhlənkar davranışları, antisanitariya, həkimlərin kobud davranışları, səhv etmələri davam edirdi. Hətta iki dəfə həyat yoldaşıma səhv dərman resepti yazmışdılar, USM yoxlaması təyinata uyğun yoxlanılmamışdı və s . Bir sadə vətandaş kimi fikirləşirdim ki, yəqin mən səhv düşünürəm. Axı bu həkimlər Hippokrata and içiblər, axı bunların da uşaqları var. Yanvarın 9-da isə axşam vaxtı oğlum Murad yüksək qızdırmadan huşunu itirib şok vəziyyətinə düşüb. Anası həkim harayında olmasına baxmayaraq klinikada yoldaşımın fəryadına ancaq adını bilmədiyim sanitar xidmətçisi çatıb. Allah ondan razi olsun ki, oğlumu o vəziyyətdə ilkin yardım göstərməklə ayıldıb!
Ən dəhşətlisi odur ki, bu cür hadisə baş verməsinə baxmayaraq, səhər uşaqları yoxlamağa gələn həkim baş verənlərdən xəbərsiz olub. Bu hadısədən sonra tam əmin oldum ki, uşaqlarım bir gündə orada qalsa onları bir daha görə bilməyəcəm. Odur ki, sığortalandığımız «Atəşgah» sığortayla danışıb övladlarımı “Caspian” adlı klinikaya köçürmələrini xahiş və tələb etdim. Sığorta nümayəndələri dərhal məni dinlədikdən sonra tələb və istəyimi nəzərə alıb danışıqlara başladılar. Və nəhayət “Caspian” klinikasına köçürə biləcəyimi söylədilər. “Leyla Şixlinskaya” klinikasında uşaqları başqa klinikaya köçürmək istədiyimi bildikdə klinikanın həyətində təcili tibbi yardım maşını boş olduğu halda maşını verməkdən imtina edildi. Bunun adını siz deyin, bu insanlıqdırmı? Nəhayət, başqa bir klinikanın təcili tibbi yardım və həkim briqadası göndərildi. Həmin klinikanın həkimi uşaqları qəbul edib “Caspian”a təhvil vermək üçün müalicənin epiqrizini və uşaqların analizlərinin cavablarını tələb etsə də, məlum oldu ki, analizlərin cavabı yoxdur, tapa bilmirlər. Burada ortaya bir sual çıxır; əgər analizlərin cavabı yoxdursa, uşaqlara hansı diaqnoz qoyulub? Hansı müalicə aparılıb?
Beləliklə, mən övladlarımı “Caspian” klinikasına yerləşdirdim. Burada məlum oldu ki, uşaqların müalicəsi düzgün aparılmayıb, onlara sistemdən başqa heç bir dərman verilməyib. Odur ki, uşaqlar “Leyla Şixlinskaya” klinikasında olduqları müddətdə qızdırma və qusma kəsilməmişdi. Mənə bir valideyin kimi ən pis təsir edən nüanslardan biri də odur ki, biz “Leyla Şixlinskaya” klinikasında olduğumuz zaman Leyla Şixlinskayanın nəvəsi öz klinikasında xəstə yatırdı və bütün həkim personalının diqqəti onun üzərində idi. Hamının başı ona qarışmışdı. Hətta mən uşaqlarımı bu klinikadan köçürən zaman 3 saat bizi yubandırdılar. Səbəb isə digər klinikadan gələn həkimlərin konsiliyumu imiş. Allah hamının balasını saxlasın, amma Leyla Şixlinskayanın balası baladır, bizimki yox ? Sükürlər olsun ki, övladlarımın hər ikisi artıq məsuliyyətli həkim və klinika personalının nəzarəti altındadılar və onların nə qızdırmaları, nə də qusmaları var».

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26