Interposta.Info

Əziz Əzizovun xaraba qoyduğu rayon -

Paradoks
 11-01-2017, 09:22     1 144

Əziz Əzizovun xaraba qoyduğu rayon -
Cəlilabad rayonun mərkəzi yollarında acınacaqlı vəziyyət hökm sürür.

Bu barədə Dünya Azərbaycanlıları Assambleyasının Lobbiçilik məsələləri üzrə vitse-prezidenti, əslən Cəlilabaddan olan Sərraf Kərimov (Sabiroğlu) özünün facebook səhifəsində yazıb. O, rayonun mərkəzi küçələrindən fotolar da paylaşıb.

Fotolara yazılan onlarla şərhdə isə rayondakı biabırçılığın səbəbkarı kimi Cəlilabadın icra başçısı Əziz Əzizovun yarıtmaz fəaliyyəti göstərilir. Əhali Cəlilabaddakı yolların əksəriyyətinin pis vəziyyətdə olduğunu, az qala müharibədən çıxmış kimi göründüyünü dilə gətirib.

Məsələ ilə bağlı açıqlama verən Cəlilabad Rayon İcra hakimiyyətinin nümayəndəsi Əli Əliyev deyib ki, hazırda rayonda yolların bərpası işləri görülür: "Rayondakı vəziyyəti gəlib görmək lazımdır. Kimsə yalandan saxta şəkillər çəkib yaymaqla deyil. Gəlib görmək lazımdır ki, burada işlər görülür ya yox. Hazırda təmir işləri gedir. Qaz, su və kanalizasiya xətləri çəkilib. Hazırda da yolların bərpa işləri aparılır. Faktiki olaraq yollar bərpa olunur. Kiminsə nə vaxtsa çəkdiyi şəkillərlə rayonun yollarının pis vəziyyətdə olduğunu demək düzgün deyil. Deyilənlərin hamısı yalandır. Reallıqla danışmaq lazımdır. Kiminsə böhtan xarakterli dedikləri ilə razılaşmaq olmaz”.

Məlumat üçün bildirək ki, Cəlilabad rayonunun icra başçısı Əziz Əzizov 2006-cı ildə bu vəzifəyə təyin edilib.

interposta.info

Əziz Əzizovun xaraba qoyduğu rayon -
Əziz Əzizovun xaraba qoyduğu rayon -
Əziz Əzizovun xaraba qoyduğu rayon -
Əziz Əzizovun xaraba qoyduğu rayon -
Əziz Əzizovun xaraba qoyduğu rayon -
Əziz Əzizovun xaraba qoyduğu rayon -
Əziz Əzizovun xaraba qoyduğu rayon -
Əziz Əzizovun xaraba qoyduğu rayon -
Əziz Əzizovun xaraba qoyduğu rayon -
Əziz Əzizovun xaraba qoyduğu rayon -
Əziz Əzizovun xaraba qoyduğu rayon -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26