Interposta.Info


Azərbaycanda sabah güclü külək əsəcək (XƏBƏRDARLIQ)

Ölkə
 1-06-2026, 17:17     206

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə iyunun 2-də güclü külək əsəcək.
Goldmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.
Məlumatda qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax,Tərtər, Quba, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26