Beynəlxalq Ailə Gününə həsr olunmuş yaz məktəbi təşkil olunub - Foto
Azərbaycan Uşaqları İctimai Birliyi tərəfindən Beynəlxalq Ailə Gününə həsr olunmuş yaz məktəbi təşkil olunub.
Goldmedia.az-ın məlumatına görə, Nabran ərazisində keçirilən yaz məktəbi çərçivəsində uşaqlar üçün müxtəlif maarifləndirici və əyləncəli fəaliyyətlər həyata keçirilib. Məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, onların sosial bacarıqlarının və təbiətlə bağlı biliklərinin inkişaf etdirilməsi olub.
Uşaqlar təbiətdə keçirilən öyrədici fəaliyyətlər, komanda oyunları və müxtəlif əyləncə proqramlarında iştirak ediblər.
Təşkil olunan fəaliyyətlər uşaqlarda komanda ruhunun formalaşmasına, ünsiyyət bacarıqlarının inkişafına, təbiətə qarşı maraq və məsuliyyət hissinin artırılmasına töhfə verib. Yaz məktəbi uşaqlar üçün həm maraqlı, həm də yaddaqalan anlarla zəngin olub.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

