Azərbaycanda neçə qadın aliment verir?
Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında 134 min aliment işi olub.
Goldmedia.az-ın məlumatına görə, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
"Hazırda icraatda olan aliment işlərindən təxminən 2500-ü (icraatda olan ümumi aliment işlərinin təxminən 1,9 faizi) üzrə borclu tərəf qadınlardır", deyə rəsmi məlumatda vurğulanıb.
Qeyd edək ki, 2025-ci ildə icraatda ümumilikdə 142 minədək aliment işi olub.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

