Interposta.Info

Memarlıq və İnşaat Universitetində yanğın

Ölkə
 28-04-2026, 17:04     129


Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Goldmedia.az-a bildirilib ki, universitetin həyətində taxta tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.

Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, Universitetin bir hissəsində yanğın baş verib.

"Tələbələrdən xəsarət alan yoxdur", deyə məlumatda qeyd olunub.

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26