Bakıda musiqiçi faciəli şəkildə öldü
Bakıda musiqiçi dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən axşam saat 20 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib.
B.Əzimov saz ifaçısı kimi tanınırdı.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



