Interposta.Info

Bakıda məktəbdə saqqızdan kütləvi zəhərlənmə
 

Ölkə
 11-12-2025, 14:33     37 607

Bakı şəhəri 14 nömrəli tam orta məktəbin 8 şagirdinin saqqızdan zəhərləndiyi ehtimal olunur.

Təhsil müəssisəsindən "İnterPosta"ya bildirilib ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib.

Qeyd olunub ki, şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib:

"Məktəb rəhbərliyi dərhal təcili tibbi yardıma müraciət edib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırıb. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar".

Vurğulanıb ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumları müvafiq araşdırmalara başlayıb:

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26