Interposta.Info

Tülin yenidən saxlanıldı - Bu dəfə tələbəsi ilə quldurluq...
 

Ölkə
 5-12-2025, 10:28     38 605

Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə boksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi saxlanılıb.

APA xəbər verir ki, dekabrın 4-də onlar 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, T.Ələkbərova bir neçə ay əvvəl xuliqanlıq əməlinə görə 6 ay müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmişdi.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26