Tur rəhbəri Qubaya səfərdə qəfildən öldü
Qubada turizm şirkətinin tur rəhbəri vəfat edib.
"İnterPosta" Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 23-ü saat 16 radələrində Qırızdəhnə kəndinin ərazisində baş verib.
"Eko” turizmdə tur rəhbəri işləyən 1974-cü il təvəllüdlü Bakı sakini Emil Rəhimoviç Tahirov səfər zamanı qəfil vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Araşdırma aparılır.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



