Interposta.Info

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir

Ölkə
 Dünən, 21:29     1 292

Samirə Orucova 2019-cu ildə anadan olmuş oğlu Nihadın səhhətindəki problemlərlə bağlı ictimaiyyətə müraciət edib.

Ana bildirir ki, doğuşdan bir neçə il sonra Nihadın sağlamlığında qüsur olduğu məlum olub.

Samirə Orucovanın sözlərinə görə, o, ailəli olub, lakin daha sonra boşanıb. Nikahdan iki övladı var. Onun ikinci övladı – Orucov Nihad Kamal oğlunun "laqapet" cihazına ehtiyacı yaranıb. Ana qeyd edir ki, övladı həmyaşıdlarından geri qalır və reaksiya vermir. "Laqapet"in bir seansı 300 manata başa gəlir.

Samirə Orucova imkanlı şəxslərdən kömək istəyir. O bildirir ki, ailənin bütün maddi yükü onun üzərinə düşüb və çarəsiz vəziyyətdədir:

"Bilmirəm, uşaqları dolandırım, yoxsa övladımın müayinəsi və müalicəsini etdirim".

Yardım etmək istəyənlər üçün ana öz bank hesabını təqdim edib:

Kapital Bank: 5239 1517 3928 6964 (Orucova Samirə)

Əlaqə nömrəsi: 070-525-62-03

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir




İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26