Interposta.Info

Meymunçiçəyi virusuna qarşı antibiotiklərdən istifadə oluna bilər? (RƏSMİ)
 

Ölkə
 22-01-2025, 19:14     21 419

Meymunçiçəyi virusuna yoluxma halında antibiotiklərdən istifadə olunmamalıdır.
"İnterPosta" report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev virusla bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, antibiotiklərdən istifadə yalnız virusa yoluxmada hədsiz ağırlaşma halı baş versə, həkim məsləhəti ilə tətbiq oluna bilər:
"Meymunçiçəyi virus mənşəli xəstəlik olduğu üçün onun müalicəsində antibiotik istifadə olunmamalıdır. Çünki antibiotikdən istifadə sağalma periodunu gecikdirə bilər. Xəstənin ağırlaşma halında tətbiq olunsa belə, bu təkcə həkim göstərişi ilə edilməlidir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26