Xəzər dənizində altıncı dəfə zəlzələ olub
Yerli vaxtla saat 6:40-da Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.
“İnterPosta” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, bu, dekabr ayında dənizdə qeydə alınan 6-cı təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26