COP29 Əməliyyat Şirkəti dayanıqlı tədbir idarəçiliyi sertifikatını əldə edən ilk Azərbaycan şirkəti olacaq

COP29 Əməliyyat Şirkəti dayanıqlı tədbir idarəçiliyi sertifikatını əldə edən ilk Azərbaycan şirkəti olacaqKönül Qaraşlı
COP29 üçün ISO 20121:2024 sertifikatının əldə olunması dayanıqlı tədbir idarəçiliyinə bağlılığı nümayiş etdirir.
"Report" xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Dayanıqlılıq Əməliyyatları və Təminat üzrə meneceri Könül Qaraşlı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə adıçəkilən şirkət tərəfindən ölkə QHT-ləri üçün keçirilən COP29-da Yaşıl Bölgə ilə əlaqədar məlumat sessiyasında deyib.
Onun sözlərinə görə, COP29 zamanı yaradılan praktikalar gələcək tədbirlərin daha dayanıqlı fəaliyyətlərə yönəlməsinə kömək edəcək:
"COP29 üçün ISO 20121:2024 sertifikatının əldə olunması dayanıqlı tədbir idarəçiliyinə bağlılığı nümayiş etdirir. Bununla da tədbirin ətraf mühitə təsirini minimuma endirmək və sosial məsuliyyəti artırmaq təmin olunur".
O bildirib ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin ISO 20121:2024 dayanıqlı tədbir idarəçiliyi sertifikatını əldə edən ilk şirkət olması digər tədbir idarəçiliyi təşkilatlarına dayanıqlı tədbir idarəçiliyi tələblərinə riayət etmələri üçün nümunədir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26