Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mehriban Qaralovaya yeni vəzifə verilib.
Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə Mehriban Qaralova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocasən Sağlamlıq Mərkəzinin direktoru təyin olunub.
Qeyd edə ki, 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilən Mehriban Qaralova uzun müddət işsiz qalıb. Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26