Interposta.Info

Rafiq Əliyev niyə məhkəməyə verilib?

Ölkə
 6-09-2024, 16:52     47 709

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev məhkəməyə verilib.

"İnterPosta"xəbər verir ki, iddiaçı Ağayev Tariyel Məmməd oğludur.

Tariyel Ağayev Rafiq Əliyevlə yanaşı, onun rəhbəri olduğu "İrşad" İslam Araşdırmalar Mərkəzi barəsində də iddia qaldırıb.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Nail Abbasov iş üzrə hakim təyin edilib.

İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Təfərüatları öyrənmək üçün tərəflərlə əlaqə saxlamaq cəhdlərimiz nəticə verməyib.

Rafiq Əliyev 2001-2006-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Tariyel Ağayevə gəlincə, o, 2017-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Lakin onun hansı qurumda və hansı vəzifədə çalışdığı barədə bilgi yoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26