Interposta.Info

Gözəllik salonu Fatiməni məhkəməyə verdi

Maqazin
 6-02-2024, 18:14     27 294

Rəqqasə Fatimə Fətəliyeva məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı "Banu Beauty”MMC-dir. İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Emin Əliyev iş üzrə hakim təyin olunub.

"Banu Beauty” MMC gözəllik salonudur. Reyestr məlumatlarından aydın olur ki, MMC 2017-ci ildə qeydiyyata alınıb. Qanunu təmsilçisi Həsənova Sevinc Qədim qızdır. İşin mahiyyəti haqqında açıq mənbələrdə məlumat yoxdur.

Detalları öyrənmək üçün Fatimə Fətliyevanın köməkçisi ilə əlaqə saxladıq. Lakin o, məhkəmə işi barədə məlumatlı olmadığını bildirdi.

Məlumat üçün deyək ki, Fatimə Fətəliyevanın da gözəllik salonu var. Onun salonu "Banu VİP Beauty” adlanır.

Fatimə Fətəliyeva iqtisadiyyat.az-a verdiyi açıqlamada məhkəmə işinin ona məxsus gözəllik salonu ilə iddiaçı şirkətin eyni adda olması ilə əlaqələndirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26