Interposta.Info

Azərbaycanda 4.5 bal gücündə zəlzələ oldu (YENİLƏNİB)

Ölkə
 5-09-2024, 11:55     51 096

Biləsuvar rayonunda qeydə alınan zəlzələ zamanı hər hansı dağıntı və ya insan xəsarəti olmayıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

11:05

Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə "İnterPosta"ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar saat 10:45-də olub, hiss olunmayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26