Interposta.Info

Sumqayıtda 15 yaşlı yeniyetmə itkin düşdü
 

Ölkə
 3-09-2024, 17:15     28 950

Sumqayıtda yeniyetmə itkin düşüb.

"İnterPosta"xəbər verir ki, 15 yaşlı Zəhra Malıyeva sentyabrın 2-si saat 11:00 radələrində 9-cu mikrorayonda yaşadığı evdən mağazaya düşüb və geri qayıtmayıb.

Yeniyetmənin valideynləri tərəfindən Sumqayıt24-ə verilən məlumata görə, Zəhranın üzərində süd rəngi köynək, qara şort və çəhrayı rezin tərlik var idi.

Faktla bağlı polisə müraciət edilib. Hazırda axtarış aparılır.

Zəhra Malıyevanı görənlərdən (051) 233-56-45 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26