İstirahət mərkəzinin işçisi qadına məxsus maşını qaçırdı

Avqustun 19-u saat 14 radələrində Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısından paytaxt sakini olan bir qadına məxsus "Hyundai” markalı avtomobil qaçırılıb.
"İnterPosta" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26