General-leytenantın adı nazirliyin saytından da çıxarıldı

"İnterPosta"bu ilin fevral ayında fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yaymışdı. Həmin vaxt xəbər nə təsdiq, nə də təkzib edilməmişdi.
6 aydan sonra Fövqəladə Hallar Nazirliyinin saytında da Ragim Lətifovun adı nazir müavinləri siyahısından çıxarılıb.
Əldə etdiyimiz məlumata görə, FHN-də maliyyə məsələlərinə nəzarət edən Ragim Lətifovun rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalar aparılıb.
Sabiq nazir müavinin işdən çıxarılmasının bu yoxlamalarla bağlı olduğu deyilir.\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26