Beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB + FOTO
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.
“Report” xəbər verir ki, qonaqlar şəhəri gəzib, Həkəri Balıqçılıq Təsərrüfatına baş çəkiblər.
Burada konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, bu gün Laçında 30 ölkədən xarici ekspertlərin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində beynəlxalq konfrans keçirilib.
Tədbir iştirakçıları panel müzakirələri çərçivəsində Qarabağın dayanıqlı inkişafını müzakirə ediblər.
12:55
Aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində konfrans işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşürlər.
Qeyd edək ki, həmin ekspertlər aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.
ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında təşkil olunan panel müzakirələrdə COP29-a və Azərbaycan yaşıl enerji siyasətinə xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilir.
İşğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndələrin çıxışları ilə keçirilən ilk panel müzakirədə ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev çıxış edib. Qarabağda dayanıqlı inkişafa həsr olunan bu panel ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə işə başlayıb.
Paneldə Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndə Vahid Hacıyev çıxış edəcəklər.
11:04
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.
“Report” xəbər verir ki, səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir.
Qonaqlar öncə Zəngilan şəhərinə baş çəkiblər, burada onlar Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar.
Ekspertlər bir gün əvvəl Bakıda başlayan beynəlxalq forumun öz işini davam etdirəcəyi Laçın şəhərinə də səfər edəcəklər.
Forum iştirakçıları bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və Azərbaycanın yaşıl enerji sahəsində fəaliyyətini müzakirə edəcəklər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ili ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26