Interposta.Info

Bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb
 

Ölkə
 15-04-2024, 14:29     28 160

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində (10-14 aprel) Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) xətlərə əlavə 66 avtobus buraxılıb, 137 əlavə reys təşkil olunub.

"İnterPosta" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

Məlumata görə, ümumilikdə bayram günlərində BBAK-dan 1 599 reys həyata keçirilib, 43 min 525 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

8 745 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26